Dünya

Qoca kişinin əllərini bağlayıb öldürdülər - DƏHŞƏTLİ CİNAYƏT

16 Aprel 2021 16:04
Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tək yaşadığı evdə cəsədi tapılan 85 yaşlı Halil İbrahim Topalın əlləri yapışqan lentlə bağlandıqdan sonra bıçaqlandığı məlum olub.

Milli. Az lent.az-a istinadən məlumat verir ki, Kocaelinin Kartepe rayonunda yaşayan Şaban Topal, evində tək yaşayan atası Halil İbrahim Topalın heyvanlarını yemləmək üçün səhər ora gəlib. Evə girən Şaban Topal atasını əşyaları dağılmış qonaq otağında əlləri yapışqan lentlə bağlanmış və qana bulaşmış vəziyyətdə tapıb.

Şaban Topal həmin an təcili yardıma zəng edərək kömək istəyib. Yardım üçün gələn həkimlər bıçaqlandığını müəyyən etdikləri Halil İbrahim Topalın artıq öldüyünü bildiriblər. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.