Dünya

Rusiya səfiri Britaniya XİN-ə çağırılıb

15 Aprel 2021 21:56
Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Rusiyanın "düşmən xarakterli davranış xətti" tutmasıdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə nazirlikdən verilən açıqlamada deyilir.

"Rusiyanın kiberhücumlar, demokratik proseslərə müdaxilə və Ukrayna sərhədindəki hərbi gücünü gücləndirməsi, eləcə də qanunsuz şəkildə Krımın ilhaq edilməsi kimi düşmən xarakterli davranışları ilə bağlı Böyük Britaniyanın dərin narahatlığı ilə əlaqədar Rusiya səfiri Britaniya XİN-ə çağırılıb", - deyə açıqlamada qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.