Dünya

Türkiyənin "Uhan"ı İstanbuldur - Yoluxmama şansınız çox azdır

16 Aprel 2021 20:30
Baxış: 1 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda mart ayı ilə müqayisədə yoluxma sayı 10 qat artıb.

Milli.Az xəbər verir ki, professor həkim Mehmet Ceyhan yoluxma sayının artmasından danışıb:

"Əgər tədbirlər belə davam edərsə, yoluxma sayı artacaq. Virus İstanbuldan başqa yerlərə yayılır. Xalq arasında İstanbul üçün "Türkiyənin Uhanı"ı deyirlər. Artıq Uhan özəlliyini itirdi. Çünki çinlilər Uhanda xəstəliyi nəzarətə aldılar, tək mərkəzli oldu. Amma Türkiyədə virus hər yerə yayılıb. Təbii ki, ictimai nəqliyyatdan istifadə yoluxmanı daha da artırır. Hazırda ölkədə 360 min aktiv xəstə var. Amma test edilsə, 10 dəfədən artıq insanın virusu daşıdığı və yaydığı ortaya çıxar". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.