Dünya

Ermənistanda şok - Sürücü avtomobillə hərbçilərin üzərindən keçdi

15 Aprel 2021 13:19
Baxış: 1 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Kotayk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Milli.Az Azxeber.com-a istinadən xəbər verir ki, bu barədə shamshyan.com portalı məlumat yayıb.

Hadisə aprelin 15-nə keçən gecə Tiqranadzor magistral yolunda baş verib.

Markası hələ məlum olmayan avtomobili idarə edən sürücü nəqliyyat vasitəsini altı piyadanı üstünə sürüb və hadisədən dərhal sonra ərazidən uzaqlaşıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində iki piyada hadisə yerində ölüb. Digər dörd nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, sürücünün şəxsiyyəti artıq müəyyənləşdirilib. O, Kotayk vilayətinin 34 yaşlı sakinidir. 

Məlum olub ki, həmin şəxs avtomobil idarə edərkən sərxoş olub.

Araşdırma nəticəsində həmçinin aydın olub ki, ölənlər və yaralılar Ermənistan ordusunda hərbi xidmət keçən şəxslərdir.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.