Dünya

Zelenski ermənini vətəndaşlıqdan çıxardı

15 Aprel 2021 12:14
Baxış: 3 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski üç nəfərin Ukrayna vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RBC" Ukrayna Prezident Ofisindəki mənbələrə istinadən məlumat verib.

"Qərar verildi. Sonra sənədlər Milli Təhlükəsizlik və Müdafiə Şurasına, Xarici İşlər Nazirliyinə, Miqrasiya Xidmətinə göndərildi",- deyə məlumatda qeyd olunub.

Sözügedən 3 şəxsin Ukrayna vətəndaşlığından məhrum olmaları digər dövlətlərin vətəndaşlığına sahib olmaları ilə əlaqədardır: Vadim Alperin (İsrail vətəndaşlığı), Arayik Amirhanyan (Ermənistan vətəndaşı) və Aleksandr Yerimiçuk (Rumıniya vətəndaşı).

Onlardan ikisinin qaçaqmalçılıqda təqsirləndirildiyi vurğulanıb.

Qeyd edək ki, 2 apreldə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkədəki 10 əsas qaçaqmalçıya qarşı şəxsi sanksiyaların tətbiq olunmasına qərar verib.

MTMŞ-in qərarı barədə danışan Zelenski Ukrayna tarixində ilk dəfə olaraq şəxsi sanksiyaların tətbiq olunduğunu bildirib.

Bununla yanaşı, MTMŞ-in qərarına əsasən, 79 şirkətə də sanksiya tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.