Dünya

Rusiya Türkiyə ilə hava uçuşlarını məhdudlaşdırıb

15 Aprel 2021 08:13
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya bu gündən iyulun 1-dək, koronavirusla mübarizə üzrə federal operativ qərargahın qərarına əsasən, Türkiyə ilə hava uçuşlarını məhdudlaşdırıb və Tanzaniyaya uçuşları tamamilə bağlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərar bu ölkələrdəki koronavirusla əlaqədar vəziyyətə görə verilib.

Qərargahın qərarına əsasən, Rusiya ilə Türkiyə arasında bütün yük-sərnişin, çarter və demək olar ki, bütün müntəzəm uçuşlar dayandırılıb.

Yalnız Moskva və İstanbul arasında müntəzəm uçuşlar qalacaq, lakin icazə verilən uçuş vaxtı həftədə dörd dəfəyədək endirilib. İki ölkənin aviaşirkətlərinin hərəsi iki uçuş təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.