Dünya

Türkiyə parlamentində Ermənistanın Azərbaycana hücumu müzakirə ediləcək

14 Aprel 2021 15:56
Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Böyük Millət Məclisinin İnsan Haqlarını Araşdırma Komissiyası Ermənistanın Azərbaycana hücumu zamanı qeydə alınan insan haqlarının pozulması faktlarını müzakirə etmək üçün iclas keçirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, komissiyanın iclası aprelin 15-də keçiriləcək.

Qeyd olunur ki, münaqişə zamanı qeydə alınan hadisələrlə bağlı "Ermənistanın Azərbaycana hücumu ilə başlayan gərginlik və münaqişə müddətində qeydə alınan hüquq pozuntuları və Türkiyədəki erməni sakinlərin vəziyyəti ilə bağlı hesabat" komissiya üzvlərinə təqdim olunub.

Hesabatda Ermənistanın öz təcavüzkarlığını diplomatik sahədə də davam etdirdiyi vurğulanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.