Dünya

İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır

13 Aprel 2021 22:36
Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran İsfahan vilayətinin Nətənz nüvə obyektində baş verən qəzadan sonra aprelin 14-dən uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas Araqçı deyib.

A.Araqçı bildirib: "İran sabahdan uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayacağı barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi məlumatlandırıb".

Qeyd edək ki, ötən həftə İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nətənz nüvə obyektində elektrik paylama şəbəkəsində qəza baş vermişdi. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbək Salehi qəzanın terror aktı nəticəsində baş verdiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.