Dünya

Berlində komendant saatı tətbiq olunur

1 Aprel 2021 18:56
Baxış: 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın paytaxtı Berlində koronavirus pandemiyası ilə əlaqədar aprelin 2-dən etibarən komendant saatı tətbiq olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə paytaxt meri Mixael Müller deyib.

Qeyd olunur ki, komendant saatı rejimi saat 21:00-dan 05:00-dək qüvvədə olacaq.

Pasxa bayramı günlərində maksimum 5 nəfərin görüşməsinə icazə verilir.

Bundan başqa, aprelin 8-dən sonra Berlindəki uşaq bağçaları fövqəladə rejimdə işləyəcək. Belə ki, bağçalar sosial əhəmiyyətli işlə məşğul olan şəxslər, tibb işçiləri, polis, yanğınsöndürən və digərlərinin övladları üçün gün ərzində daha uzun müddət fəaliyyət göstərəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.