Dünya

Bu gün OPEC+ monitorinqi neft bazarındakı ehtimal senariləri müzakirə edəcək

31 Mart 2021 08:38
Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEC+ monitorinq komitəsinin nazirləri bu gün keçiriləcək müntəzəm onlayn görüş üçün bir araya gələcəklər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, toplantının məqsədi may və iyun ayları ərzində neft bazarında inkişaf edə biləcək senariləri müzakirə etməkdir.

İclasda neft bazarında artıq təklifin yaranmasının qarşısını almaq üçün may və iyun aylarında nə qədər neft hasil ediləcəyi müəyyənləşəcək.

Xatırladaq ki, 2020-ci ildə tələbin azalması nəticəsində bazarda aşırı təklif bolluğu OPEC+ ölkələrinin narahatçılıqlarına səbəb oldu, "Brent" markalı neftin qiyməti 20 ildən artıq bir müddətdə ilk dəfə 20 dollar/bareldən aşağı düşdü, "WTI" markalı neftin qiyməti isə tarixdə ilk dəfə idi ki mənfi səviyyələrə endi. Bu səbəbdən, keçən ilin may ayından OPEC+ ölkələri hər ay monitorinq keçirir və vəziyyətdən asılı olaraq neft hasilatının həcmini dəyişir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.