Dünya

Bayden Çin və İran arasındakı tərəfdaşlıqdan narahatdır

29 Mart 2021 08:49
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Çin və İran arasındakı tərəfdaşlıqdan narahatdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Delaver ştatında jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Cozef Bayden deyib.

Dövlət başçısından "Pekin və Tehran arasında yaranan tərəfdaşlığı" şərh etməsi istənilib. C.Bayden bildirib ki, bundan "uzun illərdir narahatdır".

Xatırladaq ki, daha əvvəl İran və Çin hərtərəfli əməkdaşlıq haqqında 25 illik saziş imzalayıblar. Saziş iqtisadi və mədəni sahələrdə əməkdaşlığı da əhatə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.