Dünya

ABŞ-da atışma olub, ölənlər var

29 Mart 2021 07:34
Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Esseks şəhərində (Merilend ştatı) mağazaların birində atışma baş verib.

Trend-in "Fox News" telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları 2 nəfərin meyitini və 1 yaralı şəxsi aşkar ediblər.

Bildirilir ki, bir müddət sonra yaxınlıqda yerləşən yaşayış kompleksində atəş səsi eşidilib. Mağazada atəş açan şəxsin özünə odlu silahdan atəş açdığı ehtimal edilir, lakin polis bu məsələyə aydınlıq gətirmir.

İnsidentlərlə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.