Dünya

"Lufthansa"nın Azərbaycanla uçuşları bərpa edəcəyi vaxt bəlli oldu

24 Mart 2021 13:06
Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Lufthansa" aviaşirkəti bu il iyunun 1-dən etibarən Gürcüstan və Azərbaycana müntəzəm birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, birbaşa uçuşlar Frankfurt-Tbilisi-Bakı marşrutu ilə həyata keçiriləcək:

"Uçuşlar həftədə 4 dəfə - hər çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri baş tutacaq".

Qeyd edək ki, aviaşirkət artıq müvafiq icazə alıb. Bundan başqa reyslər yalnız Almaniyadan uçmağa imkan verəcək, geriyə uçuşlar isə yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.