Dünya

Ümid edirəm ki, Meqan Markl ABŞ prezidentliyinə namizəd olacaq - Tramp

17 Mart 2021 08:17
Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın keçmiş prezidenti Donald Tramp şahzadə Qarrinin xanımı Meqan Marklın ABŞ prezidentliyinə namizəd olacağına ümid edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp "Fox News" telekanlının efirində bildirib.

D.Tramp M.Marklın guya belə düşüncəsi olduğu və Demokratlar Partiyasının nümayəndələri ilə görüşdüyü barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib:

"Ümid edirəm ki, belə olacaq. Bu baş verərsə, namizədliyimi irəli sürməyə daha çox meylli olacağam. Mən onun pərəstişkarı deyiləm".

Keçmiş ABŞ prezidenti şahzadə Qarri və Meqan Marklın Opra Uinfriyə müsahibəsindən də danışıb. Bununla əlaqədar D.Tramp Böyük Britaniya Kraliçası II Elizabet ilə görüşdüyünü qeyd edib: "Hesab edirəm ki, Kraliça çox gözəl insandır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.