Dünya

Meksika ilə sərhəddə vəziyyət daha da pisləşəcək - Tramp

17 Mart 2021 08:39
Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-Meksika sərhədində qanunsuz miqrant axınının artması ilə əlaqəli vəziyyət yaxın gələcəkdə daha da pisləşəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Fox News" telekanlının efirində keçmiş ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Biz görürük ki, hazırda miqrantların sayında çox pis rəqəmlər var, lakin rəqəmlər daha da pisləşəcək. Qısa müddətdə bu rəqəmlərin əvvəllər görünməmiş bir səviyyəyə yüksələcəyini görəcəksiniz".

Keçmiş ABŞ prezidenti qeyd edib ki, Ağ Evin yeni rəhbərliyinə Meksika ilə sərhəddəki hasarı tamamlamaq üçün "bir ay vaxt lazım idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.