Dünya

Aviasiya normal hərəkətini 2024-cü ilin ikinci yarısınadək bərpa edəcək - IATA

16 Mart 2021 16:55
Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aviasiya sahəsinin pandemiyadan əvvəlki səviyyəyə qayıtması 2024-cü ilin ikinci yarısında gözlənilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) vitse-prezidenti Sebastyan Mikoş deyib.

Onun sözlərinə görə, 2021-ci il üçün hər hansı bir perspektiv barədə danışmaq tezdir, çünki pandemiyanın mümkün üçüncü dalğası aviasiya sahəsinə daha ciddi ziyan vura bilər:

"Bizim proqnozlarımıza əsasən, bu sahə normal hərəkətini 2024-cü ilin ikinci yarısınadək bərpa edəcək".

O əlavə edib ki, hazırkı vəziyyətdə sərnişin daşımalarından daha çox yük daşımalarının həcmi artır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.