Dünya

Xəstəxanada 7 nəfər oksigensiz qalıb öldü, Səhiyyə nazirini işdən qovdular - VİDEO - FOTO

16 Mart 2021 10:53
Baxış: 4 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəstəxanada oksigen tükənməsi 7 nəfərin ölümünə səbəb olub.

Milli.Az nypost-a istinadla xəbər verir ki, xəstəxanada oksigen ehtiyatının bitməsi nəticəsində tənəffüs aparatına qoşulan 7 Covid xəstəsi dünyasını dəyişib.

Hadisə İordaniyada, As-Salt şəhərində baş verib. Olay ölkədə qalmaqala səbəb olub, etiraz doğurub. Ölənlərin yaxınları və qohumları xəstəxananın həyətinə yığışaraq etiraz aksiyası keçiriblər.

Reuters-in məlumatına görə, bu hadisədən sonra Baş nazir Səhiyyə naziri Nathir Obeidatı vəzifəsindən azad edib.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.