Dünya

Efiopiyada kilsəyə hücum edildi: 29 nəfər öldürüldü

10 Mart 2021 16:16
Baxış: 1 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Efiopiyada silahlıların kilsəyə hücumu zamanı ən azı 29 nəfər öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli "Addis Standard" nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə Oromiya regionunda qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, kilsəyə hücum 5 mart tarixində baş verib.

Naməlum şəxslərin hücumu nəticəsində kilsənin baş keşişi də öldürülüb. Öldürülənlərdən 21 nəfəri qadındır. Qadınların bir neçəsi uşaqları ilə birlikdə olub. Silahlılar qadınları meşəyə aparıblar, daha sonra meşədə qadınların meyitləri aşkarlanıb.

Yerli sakinlərin sözlərinə görə, hücumda iştirak edənlər Oromo Azadlıq Cəbhəsinin silahlı qanadına mənsubdurlar. Oromo Azadlıq Cəbhəsi 2018-ci ilin iyul ayına qədər Efiopiyada terror təşkilatlarının siyahısına daxil edilib. Daha sonra ölkə hakimiyyəti Oromo Azadlıq Cəbhəsinin adını terror təşkilatlarının siyahısından çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.