Dünya

Elektrik avtomobillərin satışına görə Almaniya ABŞ-ı geridə qoyub

10 Mart 2021 11:38
Baxış: 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ildə yeni elektrik və hibrid avtomobillərin satışına görə Almaniya ABŞ-ı geridə qoyub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ən iri elektrik və hibrid avtomobil bazarı Çin olmaqda davam edir.

Ötən il bu ölkədə 1,25 milyon yeni elektrik avtomobil qeydiyyata alınıb.

Almaniyada qeydiyyata alınan avtomobillərin sayı 395 minə yaxın olub. Eyni zamanda ötən il ölkədə elektrik və hibrid avtomobillərin satışı 264 faiz artım nümayiş etdirib.

ABŞ yeni elektrik avtomobillərin sayına görə üçüncü olub. Bu ölkədə ötən il 322 avtomobil qeydiyyata alınıb

Bütün dünyada ötən il qeydiyyata alınan elektrik və hibrid avtomobillərin sayı 3,18 milyona bərabər olub.

Həmin avtomobillərin istehsalçılarının ilk beşliyində ABŞ-ın "Tesla", Almaniyanın "Volkswagen" və BMW, Çinin SAIC və BYD şirkətləriyer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.