Dünya

ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderləri video formatda danışıqlar aparacaq

10 Mart 2021 08:27
Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderləri martına 12-də video bağlantı vasitəsi ilə danışıqlar aparacaqlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

C.Psaki qeyd edib: "Cümə günü səhər [ABŞ Prezidenti Co] Bayden "dördlük" üzrə həmkarları - Yaponiyanın Baş naziri [Yoşihide] Suqa, Hindistanın Baş Naziri [Narendra] Modi və Avstraliyanın Baş Naziri [Skott] Morrison ilə virtual görüş keçirəcəkdir".

Onun sözlərinə görə, danışıqlarda iştirak edənlərin pandemiya, iqtisadi əməkdaşlıq və iqlim dəyişikliyinə qarşı mübarizə daxil olmaqla "geniş spektrli məsələlər" müzakirə edəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.