Dünya

Rusiyada fastfud reklamlarını azaltmaq təklif olunub

9 Mart 2021 14:29
Baxış: 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada fastfud reklamlarının məhdudlaşdırılması təklif olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar olaraq Sosial Tədqiqatlar İnstitutunun direkoru Maksim Petunin Rusiya Səhiyyə Nazirliyinə məktub göndərib.

Məktubda qeyd olunur ki, fastfud məhsullarının sağlamlığa ziyanı barədə dəfələrlə xəbərdarlıqlar olunur. Bir sıra ölkələrdə isə fastfud həvəskarlarının sayının azaldılması üçün tədbirlər görülür.

Ekspert həmin məhsullar barədə KİV-lərdə, internetdə reklamın, küçələrdə lövhələr qurulmasının, eləcə də televiziyalarda saat 08:00-dan 23:00-dək reklam çarxlarının yayımlanmasının qadağan olunmasını təklif edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.