Dünya

Fransada 4,5 mindən çox insan təxliyə edilib

7 Mart 2021 19:14
Baxış: 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Lion şəhərinin Vez məhəlləsinin sakinləri İkinci Dünya müharibəsindən qalan hava bombasını zərərsizləşdirmək əməliyyatı zamanı evakuasiya edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tələbə yataqxanasının inşası zamanı 150 kq-dan çox partlayıcı maddə olan bomba tapılıb. Sapyorlar partlayıcı maddəni bombadan çıxardıqdan sonra bildiriblər ki, o daşınma zamanı təhlükəli ola bilər.

Bununla əlaqədar olaraq, şəhər hakimiyyəti məhəllə sakinlərinin hamısının müvəqqəti olaraq təxliyə edilməsinə qərar verdi.

Meriya sakinləri beş idman zalında yerləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.