Dünya

Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirirlər

6 Mart 2021 14:05
Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında etiraz akiyası keçirirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki,  aksiya silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyana dəstək xarakteri daşıyır.

İştirakçılar bütün keçmiş hərbçiləri və veteranları aksiyaya qoşulmağa çağırıb.

Xatırladaq ki, ötən həftə baş qərargah rəisi ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb etmişdi. Bu addımı dövlət çevrilişi kimi qiymətləndirən N.Paşinyan Onik Qasparyanı vəzifədən azad etmişdi. Lakin ölkə prezidenti Armen Sarkisyan bu günədək O.Qasparyanın istefasını təsdiqləməyib.

Bu gün həmçinin müxalifətin də genişmiqyaslı aksiyası planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.