Dünya

Kolumbiya Braziliya millisinin ölkəyə gəlməsinə qarşıdır

6 Mart 2021 12:10
Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kolumbiyanın Səhiyyə və Sosial İşlər naziri Fernando Ruis Braziliyada davam edən koronavirus pandemiyası ilə əlaqədar olaraq 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına seçim oyununda iştirak etmək üçün Braziliya milli futbol komandasının ölkəyə gəlməsinə qarşıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə nazirliyinin saytında bildirilib.

Braziliyada yeni koronavirus növünün yayılması səbəbindən ölkələr arasında hava əlaqələri 29 yanvar tarixində dayandırılıb.

Xatırladaq ki, Kolumbiya və Braziliya yığmaları arasındakı matç 26 mart tarixinə baş tutmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.