Dünya

Roma papası peyvənd olunduqdan sonra ilk xarici səfərini reallaşdırdı

5 Mart 2021 17:09
Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma papası I Fransisk pandemiya dövründə 15 ay ərzində ilk xarici səfərini edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, papa Fransiskin İraq səfəri başlayıb.

Martın 8-dək davam edəcək səfər zamanı o, İraq şiələrinin lideri, Ayətulla Əli Sistani ilə görüşəcək, eləcə də Ərbil şəhərində dini ayin keçirəcək.

Bundan başqa, Roma papası Mosul və Nəcəf şəhərlərində olacaq. İraqda onu 74 jurnalist müşayiət edəcək.

Səfərdən əvvəl I Fransisk Vatikanda onu müşayiət edən rəsmilərlə birgə koronavirusa qarşı peyvənd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.