Dünya

Yaponiya 13 ölkədən giriş qaydalarını sərtləşdirəcək

3 Mart 2021 09:29
Baxış: 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hakimiyyəti bir sıra ölkələrdə müxtəlif yeni koronavirus növlərinin yayılma təhlükəsi səbəbindən 13 ölkədən giriş qaydalarını sərtləşdirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, siyahıya Avstriya, Belçika, Braziliya, Almaniya, Danimarka, İtaliya, Nigeriya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya, İsveçrə, İsveç, Fransa daxil ediliblər. Bu ölkələrdən gəlişdən sonra üç gün ərzində karantin müəssisələrində qalmaq və koronavirus testindən keçmək lazım olacaq. Nəticə mənfi çıxdıqda gələnlər evlərində daha iki həftə özünü təcrid rejimində qalacaqlar.

Tədbir 5 mart tarixindən etibarən qüvvəyə minəcək və Yaponiyaya girməzdən iki həftə əvvəl sadalanan ölkələrdə olanlara da şamil edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.