Dünya

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edilir

3 Mart 2021 09:05
Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Konqresi Senatının xüsusi kəşfiyyat komitəsi ölkənin Rusiyadakı keçmiş səfiri Uilyam Bernsi Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri vəzifəsinə təyin edilməsini dəstəkləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, komitə üzvləri U.Bernsin namizədliyinin lehinə yekdilliklə səs veriblər. İndi Senatın tam heyəti onun kəşfiyyat idarəsinin rəhbəri vəzifəsinə təyin edilməsinə səs verməlidir.

Xatırladaq ki, U.Berns 2005-ci ildən 2008-ci ilə qədər ABŞ-ın Rusiya Federasiyasında səfiri olub. 2011-2014-cü illərdə Dövlət Departamenti rəhbərinin müavini vəzifəsində çalışıb və hazırda Karneqi Fonduna rəhbərlik edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.