Dünya

Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib

1 Mart 2021 07:55
Baxış: 1 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın sabiq Prezidenti Donald Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu D.Tramp Orlando şəhərində (Florida ştatı) Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden administrasiyanın rəhbəri kimi əsas vəzifəsini - ABŞ qanunlarının icrasını - bacarmayıb.

Respublikaçı bu səbəbdən "demokratların aralıq seçkilərində sarsıdıcı məğlubiyyət alacaqlarına və 4 ildən sonra Ağ Evi mütləq itirəcəklərindən" əminliyini ifadə edib: "Onlar artıq Ağ Evi itiriblər. Kim bilir, bəlkə onları üçüncü dəfə məğlub etməyə qərar verəcəyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.