Dünya

Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb

25 Fevral 2021 07:25
Baxış: 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 326 mindən çox artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 326 531 nəfər yeni koronavirusa yoluxub, 8 384 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 111 762 965, ölənlərin isə 2 479 678 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 27 883 560 nəfər. Siyahıda daha sonra Hindistan (11 030 176), Braziliya (10 195 160), Rusiya (4 200 902), Böyük Britaniya (4 134 643), Fransa (3 566 830), İspaniya (3 161 432), İtaliya (2 832 162), Türkiyə (2 655 633), Almaniya (2 402 818), Kolumbiya (2 229 663) və Argentina (2 077 228) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.