Dünya

Ermənistan cəmiyyətində qatı anti-Rusiya ovqatı formalaşıb - Politoloq

24 Fevral 2021 18:29
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

44 günlük müharibədən sonra Ermənistan cəmiyyətində qatı anti-Rusiya ovqatı formalaşdı.

Milli.Az bildirir ki, bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib. C.Əhmədli bildirib ki, müharibə bitdikdən sonra İrəvan küçələrinə toplaşan ermənilər Rusiyanı və onun rəhbərliyini kəskin formada təhqir hədəfinə çevirmişdi:

"Bütün bunlar isə onunla əlaqədar idi ki, Rusiya ənənəvi müttəfiqini müharibədə tək qoydu və ya Ermənistanın rüsvayçı məğlubiyyəti ilə nəticələnən müharibəyə Moskvadan seyirçi mövqedən yanaşıldı. Belə olan təqdirdə, hakimiyyətə gəlmək istəyən siyasi qüvvələrin kütlə mövqeyindən çıxış etməkdən başqa çarələri qalmır. Hətta Rusiyameyilli qüvvələr belə əhalinin dəstəyini qazanmaq üçün öz kurslarında kardinal dəyişiklik etmək məcburiyyətində qaldılar".

Politoloqun fikrincə, məsələnin başqa bir tərəfi də var: "Rusiya dövləti regionda formalaşmaqda olan yeni geosiyasi dinamikanın davam etməsində maraqlıdır. 11 yanvar Moskva görüşünün nəticələri də bunu təsdiq edir. Moskva 10 noyabr bəyanatının maneəsiz şəkildə icra edilməsi üçün Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsini istəmir. Belə olan halda, Ermənistan müxalifətinin Rusiyadan gözləntiləri suya düşmüş olur. Ona görə də radikal siyasi qüvvələr artıq Qərbə doğru reveranslar etməyə çalışırlar".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.