Dünya

NATO İqardakı hərbçilərinin sayını artırır

19 Fevral 2021 08:28
Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO ölkələrinin müdafiə nazirləri alyansın İqardakı hərbçilərinin sayının artırılması barədə qərar qəbul ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Y.Stoltenberq bildirib: "İraqdakı missiyamızın sayını 500 nəfərdən 4 min nəfərə qədər artırmaq barədə qərar qəbul etdik. Hərbçilərin sayının artırılması bir neçə ay ərzində mərhələli şəkildə həyata keçiriləcək".

Baş katib qeyd edib ki, təlim missiyası statusu qorunacaq, qoşunlar döyüş əməliyyatlarında iştirak etməyəcək. Onun sözlərinə görə, NATO-nun İraqdakı genişləndirilmiş missiyasının komandanlığını Danimarka həyata keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.