Dünya

Ərdoğanla Putin telefonla danışıb

18 Fevral 2021 17:18
Baxış: 1 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.

Qeyd olunub ki, prezidentlər Türkiyə-Rusiya münasibətlərinin müxtəlif aspektlərini müzakirə ediblər.

R.T.Ərdoğan 11 yanvar razılaşmalarına əsasən, nəzərdə tutulan nəqliyyat yollarının yaradılması üçün rusiyalı və türkiyəli mütəxəssislərin azərbaycanlı həmkarları ilə görüşə biləcəyini bildirib.

Bundan başqa, Türkiyə prezidenti Ağdamda fəaliyyət göstərən Birgə Monitorinq Mərkəzinin öz vəzifəsini uğurla icra etdiyini vurğulayıb.

R.T.Ərdoğan atəşkəsin qorunması üçün birgə səylərin davam etdirilməsinin zəruri olduğunu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.