Dünya

ABŞ Senatı impiçment prosesi çərçivəsində Trampa bəraət qazandırıb

14 Fevral 2021 07:11
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Konqresinin Senatında sabiq Prezident Donald Trampın impiçmenti üzrə yekun səsvermə başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Senat impiçment prosesi çərçivəsində D.Trampa bəraət qazandırıb.

İmpiçmentin baş tutması üçün azı 67 senator impiçmentin lehinə səs verməlidir, lakin 57 senator impiçmentin lehinə, 43 senator isə əleyhinə səs verib.

Beləliklə, demokratların D.Trampa ikinci dəfə impiçment elan etmə cəhdi uğursuz olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.