Dünya

Hindistanda buzlaq uçqunu nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb

8 Fevral 2021 23:09
Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Uttarakhand ştatında geniş miqyaslı xilasetmə əməliyyatı zamanı 24 nəfərin cəsədi tapılıb. Burada ötən gün buzlaq uçqununun baş verməsi inşası davam edən elektrik stansiyasının bəndinin dağılması ilə nəticələnib və selə səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində ştatın polisi bildirib.

Qeyd edilib ki, hazırda 24 nəfərin cəsədləri fəlakətin baş verdiyi müxtəlif ərazilərdən çıxarılıb.

Ştatın təcili əməliyyat mərkəzinin verdiyi məlumata görə, bu günə qədər 27 nəfər sağ tapılıb. Ən azı 197 nəfər itkin düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.