Dünya

Almaniyada peyvənd olunan 14 nəfər koronavirusun "Britaniya" ştammına yoluxub

8 Fevral 2021 07:34
Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada koronavirusa qarşı peyvənd olunan 14 nəfər COVİD-19-un Böyük Britaniyada aşkarlanan yeni ştammına yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yoluxma halları Belm kommunasında yerləşən qocalar evində qeydə alınıb.

Məlumatda deyilir: "Belmdə yerləşən qocalar evində koronavirusun "Britaniya" ştammına yoluxma halları baş verib. Qocalar evinin bütün sakinlərinə yanvarın 25-i ikinci peyvəndin vurulmasına baxmayaraq 14 sakində mutasiya aşkarlanıb".

Bildirilir ki, qocalar evinin bütün sakinləri, işçiləri və onların ailələri karantinə alınıb.

Qeyd edilir ki, qocalar evinin sakinləri və işçilərinin koronavirusa qarşı vaksinasiyasında "Pfizer" və "BioNTech" konsorsiumunun istehsal etdiyi peyvəndlərdən istifadə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.