Dünya

6,5 min nəfər koronavirusa yoluxub, 85 nəfər ölüb - İranda

28 Yanvar 2021 18:34
Baxış: 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən sutka ərzində 6 527 nəfər koronavirusa (COVID-19) yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 398 841 nəfərə çatıb. Virus daşıyıcılarından 4 018 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 85 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 57 736 nəfərə yüksəlib.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 189 975 nəfər koronavirusdan sağalıb, 9,12 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 154 rayon sarı, 276 rayon isə mavi zona hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.