Dünya

"Rusiya və İran Qarabağdakı vəziyyət üzrə dialoqun dərinləşməsində maraqlıdır" - Lavrov

26 Yanvar 2021 14:16
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva və Tehran bir sıra regional məsələlər, o cümlədən Dağlıq Qarabağdakı vəziyyət üzrə dialoqun dərinləşməsində maraqlıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşü zamanı deyib.

Nazir deyib: "Ölkələrimizin bizi əhatə edən regionda rolu nəzərə alınaraq, biz Fars körfəzində təhlükəsizlik, Əfqanıstan tənzimlənməsi kimi məsələlərdə, o cümlədən Dağlıq Qarabağ ətrafında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmadan sonra yaranmış vəziyyətlə bağlı dialoqun dərinləşməsində maraqlıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.