Dünya

Yanğınsöndürənin başına kondesioner düşdü, huşunu itirdi - Anbaan VİDEO - FOTO

26 Yanvar 2021 12:02
Baxış: 1 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Başına kondesioner düşən yanğınsöndürən huşunu itirib.

Milli.Az nypost-a istinadla xəbər verir ki, bədbəxt hadisə Nyu-Yorkda, Bruklin səmtində baş verib.

Yaxınlıqda baş verən yanğını söndürmək üçün əraziyə yollanan yanğınsöndürən hərəkətdə olarkən başına kondesioner düşüb. O, huşunu itirərək yerə yıxılıb. Onun yaxınlıqda olan kolleqaları köməyə gəliblər. O, dərhal xəstəxanaya çatdırılıb.

Həkimlər bildirib ki, onun başında dəbilqənin olması nəticəsində yanğınsöndürən yüngül xəsarət alıb.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.