Dünya

Livanda karantinə etiraz: 8 yaralı

26 Yanvar 2021 08:58
Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livanın şimalında yerləşən Tripoli şəhərində koronavirusla əlaqədar karantin məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, nümayişçilər şəhər administrasiyasının binası qarşısına gələrək koronavirusa pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsini tələb ediblər.

Daha sonra nümayişçilər hüquq mühafizə orqanlarının əməkdaşlarına daş atmağa başlayıblar. Buna cavab olaraq hüquq mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər, bir neçə nümayişçi saxlanılıb.

Bundan əlavə, toqquşmalar nəticəsində 5 nümayişçi və 3 polis əməkdaşı xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.