Dünya

Koronavirusun mutasiyası və peyvənd çatışmazlığı daha çox ölümlə nəticələnə bilər

26 Yanvar 2021 07:45
Baxış: 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni növ koronavirusun (COVİD-19) mutasiyası və peyvəndlərin paylanmasının gecikməsi daha çox ölümlə nəticələnə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BMT Baş katibi Antoniu Quterreş yüksək səviyyəli "Davos Gündəmi" tədbirində çıxışı zamanı deyib.

A.Quterreş bildirib: "Virusun mövcud peyvəndlərə qarşı davamlı ola biləcək daha yoluxucu və ölümcül variantlara mutasiyası ilə bağlı real təhlükə var".

Bununla əlaqədar BMT-nin Baş katibi peyvənd istehsalının əhəmiyyətli dərəcədə artırılmasına və eyni zamanda onların hər kəs üçün əlçatan olmasını təmin etməyə çağırdı: "Peyvəndlər yüksək gəlirli ölkələr sürətlə çatdırılır, digər kasıb ölkələrdə isə peyvənd çatışmazlığı yaranır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.