Dünya

İranda koronavirusdan ölənlərin sayı azaldı

23 Yanvar 2021 15:00
Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən sutka ərzində 6 207 nəfər koronavirusa (COVID 19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Milli.Az xəbər verir ki, bu barədə Trend nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 367 032 nəfərə çatıb. Virus daşıyıcılarından 4 106 nəfərin vəziyyəti ağırdır.

Ölkədə ötən 24 saat ərzində 69 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 57 294 nəfərə yüksəlib. İndiyədək 1 158 475 nəfər koronavirusdan sağalıb. 8,85 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 154 rayon sarı, 276 rayon isə mavi zona hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.