Dünya

ABŞ-da iqtisadi böhran dərinləşir - Bayden

23 Yanvar 2021 07:55
Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da koronavirus pandemiyasının yaratdığı iqtisadi böhran getdikcə dərinləşir, onunla mübarizə üçün qəti və təcili tədbirlərə ehtiyac var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Cozef Bayden bildirib.

"Böhran yalnız dərinləşir. Vəziyyət yaxşılaşmır, [böhran] ancaq dərinləşir. Dünən daha 900.000 amerikalının işsizlik müavinəti üçün müraciət etdiyini öyrəndik", - prezident deyib.

Onun sözlərinə görə, dövlət bu şərtlərdə vətəndaşlara yalnız "mənəvi borc"a görə deyil, həm də "təcili iqtisadi zərurət" olduğu üçün kömək etməlidir. "Biz hərəkət etməliyik, indi hərəkət etməliyik" - amerikan lideri vurğulayıb. "Biz cəsarət və qətiyyətlə davranmalıyıq", - Bayden əlavə edib.

Bildirilir ki, yeni prezident pandemiyanın ABŞ sakinlərinə təsirini azaltmağa yönəlmiş iki fərman imzalayıb. Bunlardan biri böhrandan təsirlənən işləyən ailələr üçün təcili tədbirlərə, ikincisi isə federal işçilərinin minimum əmək haqlarının saatda 15 dollara qaldırılmasına aiddir (onlara həmçinin "ödənişli təcili məzuniyyət" verilməlidir).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.