Dünya

İranda bir gündə 6 minə yaxın şəxs koronavirusa yoluxub, 87 nəfər ölüb

19 Yanvar 2021 16:09
Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən sutka ərzində 5 917 nəfər koronavirusa (COVID-19) yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 342 134 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 272 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 87 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 56 973 nəfərə çatıb.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 131 883 nəfər koronavirusdan sağalıb.

Ölkədə indiyədək 8,63 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 10 şəhər qırmızı, 23 şəhər narıncı, 163 şəhər sarı, 252 şəhər isə mavi zona hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.