Osmanlı Xanədan rəisi Şahzadə Dündar Əbdülkərim Osmanoğlu vəfat edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şahzadə Şam şəhərində müalicə aldığı xəstəxanada 88 yaşında dünyasını dəyişib.
Onun ölümü ilə bağlı Şahzadə Əbdülhəmid Qayıxan Osmanoğlu məlumat yayıb:
"Əmim Dündar əfəndinin ciddi sağlamlıq problemləri vardı. Suriyada- Şamda müharibənin ortasında qalmışdı. Türkiyəyə gətirmək üçün ciddi mübarizə apardıq, ancaq təəssüf ki, buna müvəffəq ola bilmədik. Buna görə çox kədərliyik. Millətimizin başı sağ olsun".
Milli.Az