Dünya

İran və Türkiyə arasında dəmir yolu sahəsində sənədlər imzalanıb

18 Yanvar 2021 19:24
Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran və Türkiyə arasında yükdaşıma və sərnişindaşıma potensialının maksimuma çatdırılması məqsədilə 3 sənəd imzalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmiryol Şirkətinin icra direktoru Səid Rəsuli deyib. Onun sözlərinə görə, İran və Türkiyə arasında imzalanan bu sənədlər bir neçə istiqaməti nəzərdə tutur. Belə ki, Şərq-Qərb Dəhlizinin möhkəmləndirilməsi, Çin, Əfqanıstan və Pakistandan Türkiyəyə və əks istiqamətdə yükdaşımalar artacaq, Türkiyənin İranın cənub limanlarına çıxışı olacaq.

Nazir müavini deyib ki, cənub istiqamətindən Çinin Avropaya çıxışı da bu sənədlərdə nəzərdə tutulub.

Rəsuli əlavə edib ki, həmçinin İstanbul-Tehran-İslamabad dəmiryolu xətlərinin birləşəcəyinə ümid edilir.

Şirkət rəsmisi bildirib ki, cari İran ilinin 9 ayı (20 mart -20 dekabr 2020) ərzində İranla Türkiyə arasında 500 min tondan çox məhsul dəmiryolu vasitəsi ilə daşınıb. Bu rəqəm ilin sonunadək (21 mart 2021-dək) 600 min tona çatacaq. Bu isə iki ölkənin dəmiryol nəqliyyatı üzrə əməkdaşlığında rekord rəqəm sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.