ABŞ hərbi kontingentinin Somalidən çıxarılması prosesi tam başa çatıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu ölkədə qalan 700-dək hərbçi Cibuti və Keniyadakı bazalara köçürülüb.
Ötən il dekabrın 4-də ABŞ-ın hazırkı prezidenti Donald Tramp qoşunların Somalidən yanvarın ortalarınadək çıxarılması barədə sərəncam vermişdi.
Hazırda ABŞ-ın Afrika ölkələrində 6 min hərbçisi xidmət edir.
Milli.Az