Dünya

2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib

17 Yanvar 2021 07:55
Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci il martın əvvəlinə qədər dünyada beş milyondan çox insan yeni koronavirusun qurbanı ola bilər.

Trend-in South China Morning Post qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Çin Xəstəliklərin Nəzarəti və Qarşısın alınması üzrə Mərkəzi, Çin Xalq Qurtuluş Ordusu və bəzi digər elmi- tədqiqat institutlarının alimləri xəbərdarlıq ediblər.

Alimlərin hesablamalarına görə, vəziyyətin xoşagəlməz inkişafı təqdirində bu il martın əvvəlinə qədər dünyada koronavirusa yoluxanların sayı 170 milyonu keçə bilər. Üstəlik, infeksiyaya yoluxma halların əksəriyyəti elm adamlarının 32 milyon yoluxma halı proqnozlaşdırdığı ABŞ-a düşəcək.

Tədqiqatçılar, həmçinin maskalar taxmaq və sosial məsafəni saxlamaq və 2021-ci ilin mart ayının əvvəlinə qədər kütləvi peyvəndləmə kimi lazımi təhlükəsizlik tədbirlərə riayət etdikdə, koronavirus qurbanlarının sayının 300 min nəfər olacağını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.