Dünya

Yaponiyanın daha bir neçə prefekturunda fövqəladə vəziyyət elan olundu

14 Yanvar 2021 08:43
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Baş naziri Yoşihide Suqa daha yeddi prefekturda "COVID-19" pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tokionun şimalında Toçiqii, Yaponiyanın mərkəzində Gifu, qərbində Hiyoqo, Kiyoto, cənub-qərbində Fukuoka, Osaka və Aiçidə elan edilən fövqəladə vəziyyət 7 fevrala qədər qüvvədə qalacaq.

Fövqəladə vəziyyət elan edilən ərazilərdə sakinlər ciddi zərurət olmadan evlərini tərk etməkdən qaçınmalı, restoran və barlar 20:00-da bağlanmalıdır. İş yerlərində çalışanların sayı 30 faizi keçməməlidir.

Tədbir koronavirusa yoluxma hallarının ölkədə 300.000-i keçdikdən sonra tətbiq edilib. Paytaxt Tokioda bu göstəricinin son sutkada 1433 olmaqla 78.566-a çatdığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.