Dünya

İndoneziyada sərnişin təyyarəsi suya düşdü - YENİLƏNİB - VİDEO

9 Yanvar 2021 15:38
Baxış: 1 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:38

İndoneziyanın "Srivijaya Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb.

Bu barədə "Sinxua" agentliyi yerli televiziyaya istinadən xəbər verib.

--------

15:27

İndoneziyada "Sriwijaya Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə əlaqə itib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təyyarə paytaxt Cakartadan Borneo adasında yerləşən Pontianak şəhərinə uçuş həyata keçirirdi.

Təyyarə havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib.

Qeyd olunur ki, "Boeing 737-524" təyyarəsi sonuncu dəfə Yava dənizi üzərində, Yava adasının şimal sahilləri yaxınlığında radarlarda görünüb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.