Dünya

Çinin daha bir şəhərində tam qapanma elan olunub

8 Yanvar 2021 18:24
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin hökuməti ölkənin şimalındakı Hebey əyalətində 11 milyon əhalisi olan Şitszyaçjuan şəhəri ilə nəqliyyat əlaqəsini dayandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna şəhər ərazisində koronavirusa yoluxma hallarının kəskin artması səbəb olub.

Bundan başqa, Sintay şəhərində də sakinlərin hərəkəti məhdudlaşdırılıb.

Qeyd olunur ki, bu şəhərlərdə bir həftə ərzində 300-dən çox yoluxma qeydə alınıb.

Son sutka ərzində Çində 53 yoluxma qeydə alınıb ki, bunlardan 33 nəfəri Hebey əyalətində yoluxub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.